Kişi voleybolçulardan ibarət Azərbaycan yığma komandası Türkiyənin Konya şəhərində keçirilən 5-ci İslam Həmrəyliyi Oyunlarında ilk görüşünə çıxıb.

Offsideplus.az xəbər verir ki, millimiz A qrupunda keçirilən ilk tur qarşılaşmasında Sudan seçməsi ilə üz-üzə gəlib. Oyun 3:0 (25:13,25:20, 25:22) hesabıyla yığmamızın qələbəsi ilə başa çatıb.

Qeyd edək ki, Azərbaycan millisi növbəti tur çərçivəsində avqustun 11-də Kamerunla qarşılaşacaq.