2022/2023 mövsümünə hazırlaşan “Sumqayıt” ilk transferini reallaşdırıb.
Offsideplus.az xəbər verir ki, ötən mövsümü “Ankara Keçiörengücü”də (Türkiyə) keçirmiş yarımmüdafiəçi Vüsal İsgəndərli ilə 2 illik müqavilə imzalanıb.
Qeyd edək ki, Vüsal İsgəndərli “Rəvan”, “Simurq”, “Zirə”, “Şamaxı”da oynayıb. O, milli komandamızda 3 oyun keçirib.