Braziliya millisinin sabiq futbolçusu Vaqner Lav Azərbaycandan təklif alıb.

Offsideplus.az xəbər verir ki, bunu 38 yaşlı hücumçunun agenti Evandro Ferreyra Türkiyə mətbuatına açıqlamasında deyib.

"Midtüllan"la 6 aylıq sözləşməmiz başa çatdı. Vaqner karyerasını bitirməyi düşünmür, Türkiyə, Azərbaycan və Braziliyadan təklifləri var"- deyə Ferreyra bildirib.

Qeyd edək ki, son klubu Danimarka "Midtüllan"ı olan Vaqner Lav Rusiyanın SSKA, Fransanın "Monako", Türkiyənin "Alanyaspor", "Beşiktaş" və Qazaxıstanın "Kayrat" komandalarında da çıxış edib.

Xatırladaq ki, bu ilin fevralında "Sabah"ın baş məşqçisi Murad Musayev Vaqner Lava təklif göndərdiklərini, ancaq hücumçunun bundan imtina etdiyini açıqlamışdı.(qol.az)