«Neftçi»nin yeni mövsüm üçün büdcəsi artırılıb. Təbii ki, SOCAR-ın hesabına. Amma bir çox mənbələrdə göstərildiyi qədər yox.
Offsideplus.az xəbər verir ki, bu məbləğ 18-20 milyon manat yox, cəmi 5 milyon manatdır.
Həmin məbləğin 2 milyonu klubun Bakıxanov qəsəbəsində yerləşən bazasının tikintisinin başa çatdırılması, qalanı isə komandanın formalaşdırılması üçün nəzərdə tutulub (sportinfo.az)