Futbol üzrə Qazaxıstan yığmasının yarımmüdafiəçisi Asxat Tağıbergen Millətlər Liqasında Azərbaycan yığmasına qarşı keçirəcəkləri oyundan öncə fikirlərini bölüşüb.

Offsideplus.az xəbər verir ki, “Tobol”un 31 yaşlı futbolçusu bu gün keçirilən mətbuat konfransında bunları söyləyib:

“İndiyə qədər Azərbaycan yığması ilə 8 oyun keçirmişik. Biz dörd oyunda qalib gəlmişik, iki dəfə uduzmuşuq, iki dəfə də heç-heçə qeydə alınıb. Bir sözlə, bu rəqiblə tez-tez qarşılaşırıq. Sabahkı oyuna da hazırıq. Yeni baş məşqçimiz rəqibin güclü və zəif tərəflərini bizə göstərib. Sabah bütün gücümüzü meydanda qoymağa və yaxşı nəticə qazanmağa çalışacağıq. Komandada əla atmosfer var”.

Qeyd edək ki, iyunun 3-də “Astana Arena”da keçiriləcək Qazaxıstan - Azərbaycan matçına Bakı vaxtı ilə saat 18:00-da start veriləcək.