Futbol üzrə Azərbaycan Premyer Liqasında 25-ci turun oyunları keçirilib.

Offsideplus.az xəbər verir ki, “Sabah” bu turda səfərdə “Qarabağ”la qarşılaşıb.

“Azersun Arena”da keçirilən görüş1:1 hesablı bərabərliklə nərticələnib.

Matç Masazır təmsilçisinin braziliyalı futbolçusu Kristian da Silva üçün əlamətdar olub. Matçın 60-cı dəqiqəsində cərimə zərbəsindən gözəl qola imza atan yarımmüdafiəçi “Sabah”da qol hesabını açıb. Kristian buna komandanın heyətində 10-cu oyununda nail olub.