AFFA İntizam Komitəsi "Sabah"ı cəzalandırıb.

Offsideplus.az xəbər verir ki, "tələbələr"in  qapıçısı Səlahət Ağayevin "Keşlə" ilə qarşılaşmada formasında qüsur olduğundan oyun gec başlandığı üçün klub 800 manat cərimə olunub.

Həmçinin, “Sabah” klubunun məşqçisi Vitali Kovalyov hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 5 oyun cəzalanıb, klub isə 4000 manat cərimə olunub.