"Danışıqlar gedir. Heç bir klublar razılığa gəlməmişəm. Çünki real bir təklif yoxdur. Hansısa klubla anlaşmamışam".

Offsideplus.az xəbər verir ki, bu sözləri Sportal.az-a açıqlamasında "Qarabağ"dan ayrılan Əfran İsmayılov söyləyib. 29 yaşlı yarımmüdafiəçi adının Türkiyə Super Liqa klubları ilə hallanmasına münasibət bildirib:

"Söz-söhbətlər çoxdur, amma razılıq əldə etiyim klub yoxdur. Komandaların adını açıqlamaq istəmirəm. Real olmayan şeylərdən danışmaq istəməzdim".

İsmayılov legioner həyatı yaşamaq istədiyini sözlərinə əlavə edib:

"Bu həftənin axırına kimi klubum bəlli ola bilər. Razılaşsam, müqavilə bağlayacam. Müqavilədə çox xırdalıqlar var. Razılaşmasam, Azərbaycan klublarının birinə transfer olacam. İlk seçimim legioner həyatı yaşamaqdır".