Qaret Sautqeyt daha 3 il İngiltərə millisinə başçılıq edəcək.
Offsideplus.az İngiltərə Futbol Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, 51 yaşlı təcrübəli çalışdırıcı ilə müqavilə uzadılıb. Yeni sözləşmə 2024-ün dekabrınadəkdir.
Qeyd edək ki, Sautqeyt 2016-cı ildən İngiltərə yığmasına rəhbərlik edir.