"Qəbələ" ukraynalı legioneri Vitali Vernidubla yollarını ayırıb.

Offsideplus.az xəbər verir ki, bu haqda sport24.az-a məlumat verən komandanın yeni baş məşqçisi Sənan Qurbanov müqaviləsi başa çatan mərkəz müdafiəçiylə yeni anlaşmanın imzalanmayacağını bildirib: 

"Həmin mövqedə futbolçumuz var. İcarədə olan futbolçularımız da var. Onları da qaytarmağımız mümkündü. Bunlar "Sumqayıt"dan Bəhlul Mustafazadə və "Kəpəz"dən Roman Hüseynovdu. Bəhlul da məhz mərkəz müdafiəçisidi. İstəyirdik ki, müqaviləylə bizə məxsus olan futbolçuları komandaya cəlb edərək, onlara şans verək, oynasınlar. Digər legionerimiz Famussa Konenin isə icarəsi bitib və müqaviləylə məxsus olduğu Türkiyənin "Göztəpə" klubuna qayıdıb. Müqaviləsi başa çatan digər legionerlərimizlə - Baqali Daboyla, Filip Ozobiçlə danışıqlar aparacağıq. Onları sərəncamımda görmək iistəyirəm".

Qeyd edək ki, Vernidub həmyerlisi, ukraynalı sabiq baş məşqçi Roman Qriqorçukla birgə gəlmişdi.