“Neftçi”nin qapıçısı Aqil Məmmədov Azərbaycan Premyer Liqasının 7-ci turunda səfərdə “Sumqayıt”a qarşı keçirəcəkləri oyundan öncə fikirlərini bölüşüb.

Offsideplus.az xəbər verir ki, o, klubun rəsmi televiziyasına açıqlamasında bunları söyləyib:

“Oktyabrın 9-da "Qəbələ" ilə yoxlama matçında yaxşı oynadıq. Müəyyən çatışmazlıqlar var idi və baş məşqçi onları gördü. Milli komandalardakı futbolçular kollektivə qoşulduqdan sonra qarşıdakı görüşə tam heyətlə hazırlaşacağıq".

Məmmədov bütün oyunların komandası üçün çətin keçdiyini bildirib:

"Sumqayıt"la səfərdə oynayacağıq. Rəqib yaxşı komanda formalaşdırıb. Heyətlərində gənc və mübariz futbolçular var. Əlbəttə, çətin oyun olacaq. Biz də qələbə üçün əlimizdən gələni edəcəyik".

Qolkiper komandanın digər qapıçıları Kamran İbrahimov və Rza Cəfərovun da məşqçilər şans verdikcə meydana çıxdıqlarını deyib:

"İbrahimov özünü yaxşı tərəfdən göstərib".