Bu gün “Qəbələ”nin 19 yaşadək futbolçulardan ibarət komandası UEFA Gənclər Liqasında mübarizəyə başlayıb.

Offsideplus.az-ın məlumatına görə, çempionlar yolunda qüvvəsini sınayacaq “qırmızı-qaralar” 1-ci mərhələnin ilk matçına çıxıb. U-19 Niderland təmsilçisi “Alkmaar”la qarşılaşıb və 0:4 hesabı ilə uduzub.

Xatırladaq ki, komandalar arasında cavab oyunu oktyabrın 20-də Niderlandda keçiriləcək. Bu cütün qalibi növbəti raundda “Çikzereda” (Rumıniya) – “Anje” (Fransa) duelində mərhələ adlayan komanda ilə qarşılaşacaq.

Çempionlar yolu
I mərhələ, ilk oyun
29 sentyabr
17:00. “Qəbələ” (Azərbaycan) – AZ (Niderland) 0:4

Qol: Nik Koster, 15, 59, Lüis Şouten, 54, Ro-Zangelo Daal, 78
Baş hakim: Viktor Kopiyevski (Ukrayna)
Qəbələ şəhər stadionu