“Qəbələ” klubunun futbolçusu Yaovi Akakpo Offsideplus.az saytına açıqlama verib.

21 yaşlı toqolu yarımmüdafiəçi komandadakı üçüncü mövsümündə əlindən gələnin ən yaxşısı edəcəyini deyib:

“Əlimizdən gələnin ən yaxşısını etməyin vaxtıdır. Bu il daha çox meydana çıxmaq şansım var, buna görə də baş məşqçinin etimadını qazanmaq üçün hər şeyi edəcəm”.

O, həmçinin “Qəbələ”nin avrokuboklara çıxmaq şansının da olduğunu vurğulayıb:

“Əlbəttə ki, biz bunu istəyirik. Öz oyunumu yaxşılaşdırmaq, təcrübə qazanmaq üçün əla fürsət ola bilər. Özümü yaxşı hiss edirəm, hər gün sonuncu dəfə olacaqmış kimi məşq edirəm. Bu illər ərzində çox şeyi öyrəndim, həm meydanda, həm də ondan kənarda peşəkar olmağa çalışıram.

Qeyd edək ki, Akakpo 2020-ci ilin fevralında “Qəbələ”yə transfer olunub. Gənc futbolçu bu mövsüm çıxdığı 3 qarşılaşmada 2 qol vurmağı bacarıb.