Azərbaycan milli komandasının futbolçusu Rüstəm Əhmədzadə çıxış etdiyi "Minay" klubunun rəsmi saytına müsahibə verib.
Offsideplus.az xəbər verir ki, gənc hücumçu İrlandiya ilə oyun haqqında danışıb v Portuqaliya ilə oyunda oynamamsının səbəbini açıqlayıb:
"Hər şey çox yüksək səviyyədə idi. Mükəmməl stadionlar, xeyli sayda azarkeş. Təkcə Dublində 30 minə yaxın azarkeş var idi! Rəqibin səviyyəsi də yüksək idi - bir çoxları İngiltərə Premyer Liqasında çıxış edir.
Lüksemburqla qarşılaşmanın iştirak ərizəsinə milliyə gec qoşulduğum üçün düşmədim. Çempionatda "Şaxtyor"la son oyun ağır keçmişdi və məşqçilər korpusu mənə dincəlmək üçün vaxt verdi. İrlandiya ilə matçda isə De Byazi məni təriflədi, lakin oyunun sonunda zədələndim. Bu səbəbdən Portuqaliya ilə qarşılaşmada meydana çıxmadım.
İrlandiya ilə matçdakı epizodlarımı bir neçə dəfə analiz etmişəm, bilirəm ki, qol vurmalıydım. Belə epizodlar üzərində məşqlərdə çalışmaq lazımdır. 3 oyunda cəmi 1 xal qazandıq, amma düşünürəm ki, Azərbaycan millisinin uğurları hələ qabaqdadır. Yaxşı komandamız var və daha da yaxşı ola bilərik. Biz hələ xal qazanacağıq".
Олег Горин: