«Yarpaq tökümü payızda olur, dünya iqliminin ildən-ilə dəyişməsi futbola da təsir edir».
Offsideplus.az xəbər verir ki, bu fikirlər «Neftçi»nin sabiq vitse-prezidenti Tahir Süleymanova məxsusdu.
Ona görə, çiçəklənmək əvəzinə artıq "yarpaq tökümü" yaz, yayda baş verir: «İllərdi deyirik, klubların dağılması, çöküşü gec-tez "Qarabağ", "Qəbələ"ni də şimşək kimi "vuracaq".
Rəqabətsiz, zəif çempionatda 1-2 komandanın səviyyəni qoruması mümkün deyil. Yolun düz, əyri olmasından asılı olmayaraq azlıq çoxluğa tabe olmağa məhkumdur.
Hamar olmayan, dağıdılmış balansız futbol "yol"larında keyfiyyətli maşınlar da davamlı "balans"ını qoruya bilməz. "Razval" da gedəcək, "peredok" da töküləcək...
Qarşıdan Avropada oyunlar gəlir. 4 klubumuz çıxış edəcək. Çıxış etməklə uğur qazanmaq isə fərqli məsələlərdir.
10-15 ilə Azərbaycan futbolu, klublara xərclənən vəsaitlə 50 il ayaqda qalmaq, inkişafı təmin etmək olardı. Təəssüf…
Yeganə çıxış yolu var. Futbol siyasəti dəyişilməli, bölgə klubları bərpa olunmalı, şəxsi maraqlar kənara atılmalıdı. 2-3 ilə Azərbaycanda futbol «bum»u yaşanar».