Premyer Liqanın II turunun “Qəbələ”yə qarşı oyunda "Keşlə"nin futbolçusu Şəhriyar Əliyev hakimi təhqir edib.
Offsideplus.az xəbər verir ki, 29 yaşlı müdafiəçi matçın 90+5-ci dəqiqəsində hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə ilə meydandan kənarlaşdırılıb. AFFA-nın İntizam Komitəsinin bu gün keçirilən iclasında Əliyevə 4 oyunluq cəza verilib, klub isə 3200 manat cərimə olunub.
Həmin oyunda “Qəbələ”nin 5 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 800 manat cərimələnib.
Bundan əlavə, “Zirə” – “Neftçi” oyununda “Neftçi” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 800 manat cərimə ödəməli olacaq.