"Sabah"ın futbolçusu koronavirusa yoluxub.
Offsideplus.az xəbər verir ki, Aleksey İsayevin COVİD-19 testi müsbət nəticələnib. Bu barədə paytaxt təmsilçisinin Mətbuat xidmətinin rəhbəri Elnur Həmidov məlumat verib.
Karantinə alınan oyunçu bu gün "Sumqayıt"a qarşı oyunu buraxacaq.
Qeyd edək ki, "Sumqayıt" - "Sabah" matçı saat 20:00-da baş tutacaq.