"Qarabağ"ın futbolçu İbrahima Vadji üçün Norveçin "Haugesund" klubuna  500 min avro ödəyib.

Offsideplus.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı yazıb.

Qeyd edək ki, "köhlən atlar" seneqallı oyunçu ilə 3 illik müqavilə imzalayıb. Afrikalı forvard 2016/2017 mövsümündə Türkiyədə "Qaziantep"in formasını geyinib. Daha əvvəl ölkənin digər klubu "Kocaelispor" da Vadjini heyətinə qatmaq istəyib.