UEFA Gənclər Liqasında iştirak edəcək "Qəbələ"nin U-19 komandasının turnirdəki oyunlarının vaxtı açıqlanıb.
Offsideplus.az xəbər verir ki, "qırmızı-qaralar"ın rəqibi avqustun 31-də İsveçrənin Nyon şəhərində keçirləcək püşkatmadan sonra bəlli olacaq.
Komanda ilkin mərhələnin birinci qarşılaşmasını sentyabrın 29-da, cavab görüşünü isə oktyabrın 20-də keçirəcək.
Çempionlar yolu:
"Deportivo La Korunya” (İspaniya), "Köln" (Almaniya), "Empoli" (İtaliya), "Anje" (Fransa), "Benfika"(Portuqaliya) , "Genk" (Belçika), "Şaxtyor" (Donetsk, Ukrayna), AZ (Alkmaar, Niderland), "Trabzonspor" (Türkiyə), "Zaltsburq" (Avstriya) , "Midtüllan" (Danimarka), "Reyncers" (Şotlandiya) , "Sparta" (Praqa, Çexiya), APOEL (Kipr), "Yanq Boyz" (İsveçrə), PAOK (Yunanıstan), "Srvena Zvezda" (Serbiya), Hayduk" (Xorvatiya), “Hammarbü” (İsveç) "Rosenborq" (Norveç), "Makkabi" (Hayfa, İsrail), "Kayrat" (Qazaxıstan), "Minsk" (Belarus), "Qəbələ" (Azərbaycan), "Septemvri" (Sofiya, Bolqarıstan), Csikszereda "Merkurya Çuk" (Rumıniya), "Poqon" (Polşa), "Jilina" (Slovakiya), "Domjale" (Sloveniya), MTK (Budapeşt, Macarıstan), "Jalgiris" (Litva), "Akademiya-04" (Ermənistan)
2020/2021 mövsümündə UEFA Gənclər Liqası pandemiya səbəbindən ləğv edilib. "Qəbələ" ilkin təsnifat mərhələsində Şimali Makedoniyanın "Şkendiya" klubu ilə qarşılaşmalı idi.