İrlandiya hökuməti millinin DÇ-2022-nin seçmə mərhələsi çərçivəsində sentyabrda keçiriləcək ev oyunlarına azarkeşlərin buraxılması ilə bağlı yekun qərarı verib.
Offsideplus.az xəbər verir ki, hökumət tribunalara stadion tutumunun 50 faizi qədər azarkeşin buraxılmasına icazə verib. Millinin ev oyunlarını keçirəcəyi "Aviva" stadionun 51 min 700 azarkeş tutumuna malikdir. Bu o deməkdir ki, İrlandiya millisinin sentyabrın 4-də Azərbaycan, 7-də isə Serbiya ilə oyunlarını təxminən 25 min nəfər stadiondan izləyə biləcək.