"Zirə" bu ilin yanvarından icarəyə götürdüyü Felipe Pahtmanla müqaviləni yeniləyib.

Offsideplus.az xəbər verir ki, Ukraynanın "Lvov" klubuna məxsus 21 yaşlı forvard növbəti mövsümün sonuna qədər icarəyə götürülüb. Braziliyalı futbolçu ilə müqavilədə sonradan birbaşa transfer şərti də var.

Qeyd edək ki, "Zirə" Pahtmanın transfer hüququ alacağı halda onunla bağlanmış 3 illik müqavilə qüvvəyə minəcək.