2021-22 mövsümü üzrə hazırlıqlarını davam etdirən "Qarabağ"ın üçüncü rəqibi müəyyənləşib.
Offsideplus.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Ağdam təmsilçisi Almaniya Bundesliqasını ötən mövsüm 13-cü bitirən "Auqsburq"la qarşılaşacaq. İyulun 15-i baş tutacaq oyunun başlama saatı hələ ki, açıqlanmayıb.
Qeyd edək ki, "Qarabağ" iyulun 7-də Bolqarıstanın ÇSKA (Sofiya), 11-də isə Rusiya təmsilçisi “Arsenal”la (Tula) yoldaşlıq oyununa çıxacaq.