AFFA VAR sistemi ilə bağlı tenderə start verib.

Offsideplus.az qurumun rəsmi saytına istinadən xəbər verir ki, 9 gün müddəti olan tender 8 iyul, saat 16:00-da başa çatacaq.
 
Təkliflərin qiymətləndirilməsi zamanı şəffaflığın qorunacaq və prosesin təhlükəsizliyinin təmin olacaq. Bunun üçün tenderə qatılmaq istəyənlər “Şirkətlərin uyğunluğu üzrə sorğu vərəqi”ni müvafiq qaydada dolduraraq AFFA-ya göndərməlidir. “Şirkətlərin uyğunluğu üzrə sorğu vərəqi" təqdim olunmayacağı halda, həmin təklif tenderdə iştirak edə bilməyəcək.
 
Tenderdə iştirak etmək istəyənlər qiymət təklifi və yuxarıda qeyd olunan “Şirkətlərin uyğunluğu üzrə sorğu vərəqini, eləcə də şirkət tərəfindən irəli sürülən tender təklifinin əsli və surəti bağlı zərfdə (tender komissiyasına ünvanlamaqla) AFFA-nın inzibati binasına (Ünvan: Bakı şəhəri, Xətai rayonu, 2208-ci məhəllə, Nobel prospekti, 57F) göndərə bilər.
 
Əlavə suallarla bağlı tender@affa.az ünvanı ilə əlaqə saxlaya bilərsiniz.