Braziliya millisi Amerika Kubokunda növbəti matçına çıxıb.

Offsideplus.az xəbər verir ki, "sambaçılar" B qrupunun növbəti görüşündə Peru yığması ilə qarşılaşıb.

Braziliya rəqibinə "futbol dərsi" keçib - 4:0. Qollara 12-ci dəqiqədə Aleks Sandro, 68-ci dəqiqədə Neymar, 89-cu dəqiqədə Everton Ribeyro, 90+3-cü dəqiqədə isə Rişarlison imza atıb.

Qeyd edək ki, Braziliya millisi 6 xalla B qrupuna başçılıq edir. Kolumbiya 4 xalla ikinci, Venesuela 1 xalla üçüncüdür. Ekvadorla Peru isə xal üzünə həsrətdir.