"Səbail" daha bir futbolçusu ilə vidalaşıb.

Offsideplus.az klubun rəsmi saytına istinadən xəbər verir ki, "dənizçilər" Luka İmnadze ilə yollarını ayırıb. 23 yaşlı gürcüstanlı forvardın başa çatan müqaviləsi yenilənməyib.

Qeyd edək ki, İmnadze 2020-21 mövsümü "Səbail"lə 16 oyuna çıxıb.

Klub daha öncə Milovan Petrovik və Florian Kadriu ilə vidalaşıb.