"Oyuna pis başlamadıq. Hesabda önə keçəndən sonra komandada bir az boşalma oldu. Bu da penalti və qolla nəticələndi".
Offsideplus.az xəbər verir ki, bu fikirləri "Sabah"ın baş məşqçisi Ramin Quliyev səfərdə "Qəbələ" ilə 2:2 hesablı heç-heçə etdikləri Premyer Liqanın XXVII tur oyunundan sonra mətbuat konfransında səsləndirib.
40 yaşlı mütəxəssis bildirib ki, ilk qolun təsirindən tam ayılmamış qapılarında ikinci topu gördülər: "Matçın sonlarında 2 real qol epizodumuz oldu. Bu gün uda və ya uduza bilərdik. Təəsüfləndirən odur ki, qalib gəldiyimiz oyunu heç-heçə ilə başa vurduq. Havanın da isti olması futbolçuların oynamağına mane olurdu".(Report)