Kubok mübarizəsini dayandırdıqdan sonra bütün diqqətini Premyer Liqaya ayıran "Zirə" ciddi itki ilə üzləşib.
Offsideplus.az xəbər verir ki, "qartallar" millinin də formasını geyinən Sərtan Taşqının xidmətindən qarşıdakı oyunlarda yararlana bilməyəcək. Belə ki, 23 yaşlı futbolçu ayaq əzələsini dartıb. Müalicənin azı 2-3 həftə vaxt aparacağını nəzərə alsaq, mövsümün Sərtan üçün erkən başa çatdığını deyə bilərik.
Qeyd edək ki, Taşqın cari mövsümdə Premyer Liqada 22, ölkə kubokunda 4 oyunda şans qazanıb.