Andrea Pirlo İtaliya millisinin baş məşqçisi olacağı gözlənilən "Zenit"in çalışdırıcısı Roberto Mançinin köməkçisi olacaq.
Offsideplus.az xəbər verir ki, İtaliya Futbol Federasiyasının nümayəndələri dünən sabiq yarımmüdafiəçi ilə danışıqlara başlayıb.
Qeyd edək ki, bundan əvvəl yalnız Antonio Konte və Karlo Ançelottinin İtaliya yığmasının baş məşqçisi olacağı təqdirdə, Pirlonun məşqçi qərargahında yer alacağı iddia olunurdu.
Xatırladaq ki, A. Pirlo futbolçu karyerası ərzində “Breşiya”, “İnter”, “Recina”, “Milan”, “Yuventus” və son olaraq "Nyu-York Siti"nin şərəfini qoruyub. O, İtaliya millisi ilə DÇ-2006-nın qalibi olub. A.Pirlo ötən il futbolçu karyerasını başa vurub.