Belarus millisinin baş məşqçisi Mixael Marxel postundan ayrılıb.

Daha doğrusu, öz istəyi ilə istefa verib.

Offsideplus.az xəbər ki, 55 yaşlı mütəxəssis yerli federasiyaya müraciət edərək ərizəsini təqdim edib. Təcrübəli mütəxəssis verdiyi açıqlamada federasiya rəhbərliyinə, çiyin-çiyinə çalışdığı məşqçi və futbolçulara, eləcə də onları dəstəkləyən azarkeşlərə təşəkkürünü bildirib və yığmada işlədiyi dönəmdə bütün bacarığını ortaya qoyduğunu bildirib.

Qeyd edək ki, Belarus millisi DÇ-2022-nin seçmə mərhələsi çərçivəsində keçirilən oyunda Belçikaya 0:8 hesabı ilə uduzmuşdu. Baş məşqçinin istefa verməsinin səbəbi də budur.