Portuqaliya yığma komandası ağır itki ilə üzləşib.
Offsideplus.az Portuqaliya Futbol Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, əsas qapıçı Ruy Patrisiu heyətdən çıxarılıb. Onun əvəzinə "Olimpiakos"dan Joze Saya dəvət göndərilib. Bundan əlavə, yığma komandada digər qolkiperlər Entoni Lopes ("Lion") və Rui Silva ("Qranada") də var.
Qeyd edək ki, 33 yaşlı Patrisiu "Vulverhempton"un heyətində ""Liverpul"a qarşı İngiltərə Premyer Liqası matçında başından zədə alıb. Futbolçunun müalicəsi davam etdirilir.
Xatırladaq ki, Portuqaliya yığması martın 24-də İtaliyanın Turin şəhərindəki "Yuventus" stadionunda Azərbaycan millisi ilə qarşılaşacaq.