Birinci divizionda çıxış edən "Sabah" klubu bəyanat yayıb.

Offsideplus.az xəbər verir ki, paytaxt təmsilçisi son vaxtlar komandanın baş məşqçisi Arif Əsədovun istefa verəcəyi ilə bağlı gəzən söz-söhbətləri təkzib edib. Klub rəsmi "facebook" hesabından bu bəyanatı verib:

"Mətbuatda komandamızın baş məşqçisi Arif Əsədovun mövsümün sonunda klubu tərk edəcəyi ilə bağlı yayılan xəbərlər həqiqəti əks etdirmir. Arif Əsədov komandanın baş məşqçisi vəzifəsini icra etməkdə davam edir. Komandanın növbəti mövsüm üçün planları gələcəkdə qarşıya qoyulacaq hədəflərdən asılı olacaq".

"Sabah" 1-ci divizionda 25 turdan sonra 36 xalla 5-ci pillədə qərarlaşıb.