"Neftçi"nin legioneri Mamadu Kane Qvineya millisinin düşərgəsinə yollanacaq.
Offsideplus.az xəbər verir ki, artıq bununla bağlı kluba məktub da göndərilib. Belə ki, Kane Afrika Millətlər Liqasında Mali (22 mart) və Nambiya (30 mart) ilə görüşlərdə iştirak etmək şansı qazanıb.
Baş məşqçinin müəyyən etdiyi yığma üzvlərinin siyahısında tanınmış futbolçulardan "Liverpul"lu Nabi Keyta, "Roma"lı Amadu Diavara, "Soşo"dan Florentin Poqba da var.