“Zirə” klubu yeni futbolçu ilə müqavilə bağlayıb.

Offsideplus.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Bakı təmsilçisi Rodriqo Bonqonquini transfer edib. 28 yaşlı hücumçu ilə cari mövsümü sonuna kimi anlaşılıb.

Qeyd edək ki, fransalı futbolçu daha əvvəl ölkəsinin “Sedan”, “Paris”, “Le Erbe”, Xorvatiyanın “Slaven Belupo”, Sloveniyanın “Tabor” və İsrailin “Hapoel Hadera” klublarında çıxış edib.