Cari mövsümdə "Qarabağ"ın heyətində ən yaxşılardan olan Filip Ozobiç klub saytına açıqlama verib.

Offsideplus.az xəbər verir ki, xorvatiyalı yarımmüdafiəçi komandasının və özünün durumundan söz açıb: "Qarşıda bizi çox matç gözləyir. “Qəbələ” ilə görüşdə sərgilədiyimiz oyun xoşuma gəldi. Fikrimcə, komandamız qələbəyə layiq idi. Çalışmalıyıq ki, yüksələn xətlə gedək və bu səviyyəni qoruyaq. Ümid edirəm ki, belə də olacaq. Qollarıma gəlincə, çox sevinirəm. Zədədən sonra ilk dəfə start heyətində yer aldım. İki qol vurmağım məni sevindir və əsas odur ki, bu, komandamıza qələbə qazandırdı. Özümü xoşbəxt hiss edirəm. “Qəbələ” ilə oyun artıq geridə qalıb. Bu matçı unudub, növbəti oyunlara köklənməliyik".

Qeyd edək ki, Ozobiç cari mövsümdə 15 matçda 9 dəfə fərqlənib.