“Sabah” klubunun baş məşqçisi Visente Qomes Azərbaycan Premyer Liqasının 16-cı turu çərçivəsində “Keşlə”yə qarşı keçirdikləri oyundan (1:1) sonra mətbuat konfransına qatılıb.

Offsideplus.az xəbər verir ki, ispaniyalı mütəxəssis görüşlə bağlı bunları deyib:

"İlk hissə nəzarətimiz altında keçdi. Çoxlu qol imkanı yaratdıq, lakin qola çevirə bilmədik. İkinci hissə bərabər səviyyədə keçdi. Buraxmayacağımız bir qolu qapımızda gördük. Bu oyunda uşaqlar buraxılan qola yaxşı reaksiya verdi və hesabı bərabərləşdirə bildik".

- Çempionat sona yaxınlaşır. Nə üçün qol imkanlarınızdan yararlana bilmirsiz?

- Bu suala cavab vermək çətindir. Bizim düşdüyümüz bu “qara zolaq”da çoxlu səhvlər edirik. İstədiyimiz yerdə deyilik. Çalışırıq ki, bu vəziyyətdən çıxaq. İlk hissədəki oyunumuz bizə ümid verir. Bu oyunu davam etdirsək, “qara zolaq”dan çıxa biləcəyimizə inanıram.