"Neftçi" yeni futbolçusunu ictimaiyyətə təqdim etdi.
Əslən türk olan bolqarıstanlı hücumçu Əhməd Əhmədov mövsümün sonuna qədər icarə əsasında "ağ-qaralar"ın şərəfini qoruyacaq. Lakin futbolçu hələ ölkəsindədir, Bakıya gəlməyib.
Offsideplus.az xəbər verir ki, Əhməd fevralın 13-də "Qarabağ"la baş tutacaq derbidə iştirak edə bilməyəcək. Səbəbsə 25 yaşlı futbolçunun Azərbaycana səfəri üçün sənədlərini qayda salmağa vaxta ehtiyac duymasıdır. Bu isə o deməkdir ki, Əhmədov ən yaxşı halda növbəti həftənin ilk günlərində Bakıya təşrif buyuracaq.