Bu gün Azərbaycan Kubokunda 1/4 final mərhələsinin cavab oyunları keçirilir.
Offsideplus.az xəbər verir ki, günün ilk "Qəbələ" - "Qarabağ" qarşılaşması xüsusi anlarla yadda qalıb. Belə ki, oyundan öncə Vətən müharibəsində iştirak etmiş qazilərə və şəhid övladlarına hədiyyələr təqdim olunub.
Hədiyyələri "Qəbələ"nin Vətən müharibəsində iştirak etmiş prezidenti Fariz Nəcəfov verib. Əyalət təmsilçisinin hər bir futbolçusu meydana şəhidlərin adları yazılmış forma ilə çıxıb. Sonda komandalar həmin qazilərlə və şəhid övladlarıyla birgə xatirə şəkli çəkdiriblər.
Həmin görüntüləri təqdim edirik: