“Qarabağ”ın haitili futbolçusu Donald Gerye millisinin Argentina ilə keçirəcək yoldaşlıq oyununda iştirak edə bilər.
Offsideplus.az xəbər verir ki, yerli mütəxəssislər yarımmüdafiəçinin mayın 29-da keçiriləcək matçda iştirak etmək şanslarını yüksək qiymətləndirirlər. Qarşılaşma Argentinadakı “Bombonera” stadionunda keçiriləcək.
Qeyd edək ki, 2010-cu ildən Haiti millisinə çağırılan Gerye 41 oyunda 9 qol vurub.