"Kəpəz"in baş məşqçisi Yaşar Vahabzadə Azərbaycan Kubokunun 1/8 final mərhələsində səfərdə "Sabah"ı 2:1 hesabı ilə məğlub etdikləri oyundan sonra mətbuat konfransı keçirib.

 Offsideplus.az xəbər verir ki, 60 yaşlı mütəxəssis bu fikirləri səsləndirib:

"Oyunun əvvəlində həyəcan oldu. İkinci hissədə meydanda tamam başqa komanda var idi. Futbolçulardan razı qaldım. Komandamı təbrik edirəm. Qələbə qazandıq, mərhələ adladıq. Növbəti rəqib də Premyer Liqa klubudur, həmin matçda da sensasiya etməyə çalışacağıq".

Qeyd edək ki, "Kəpəz" 1/4 finalda "Keşlə" ilə qarşılaşacaq. Bu raundun ilk matçları 1-2 fevralda, cavab görüşləri isə 6-7 fevralda keçiriləcək.