“Keşlə”nin futbolçusu Azər Salahlı Premyer Liqada 100-cü oyununu keçirib.
Offsideplus.az PFL-a istinadən xəbər verir ki, yubiley XIV turun “Sumqayıt”la matçına (0:1) təsadüf edib. Start heyətində yer alan müdafiəçi mövsümdə 14-cü, çempionatda 100-cü dəfə meydana çıxıb.
2013/14 mövsümündə indiki komandası “İnter” adlandığı vaxt debüt edən Azər üç klubun şərəfini qoruyub. “Keşlə”də 39 qarşılaşmada 1 dəfə fərqlənib. “Sumqayıt”dakı 55 matçda 2 qola sevinən futbolçu “Qarabağ”da 6 dəfə meydana çıxıb.
Qeyd edək ki, Salahlının debütü 2014-cü il mayın 17-də AZAL-la səfər matçında (3:1) gerçəkləşib.