Avropa çempionatının seçmə qrup mərhələsi çərçivəsində fevralın 2-də Afinada keçiriləcək Yunanıstan – Azərbaycan oyununun hakimləri açıqlanıb.
Offsideplus.az AFFA-nın saytına istinadən xəbər verir ki, görüş Niderlanddan olan hakimlərə tapşırılıb. Duelin birinci hakimi İbrahim El Jilali, ikinci referisi Lars Van Leeuven olacaq.
Üçüncü hakim və saniyəölçən isə yerli federasiyanı təmsil edəcək.