"Futbol+” qəzetinin ardıcıl 22-ci dəfə keçirdiyi ümummili sorğu başa çatıb.

Offsideplus.az xəbər verir ki, rəyi soruşulan 147 nəfərin səsləri əsasında Azərbaycanın başa çatan il üçün ən yaxşı futbolçusu müəyyənləşib.
Yekunda 201 xal toplayan millimizin və "Qarabağ”ın üzvü Qara Qarayev ən yaxşı futbolçu adını qazanıb. Onun komanda yoldaşı Şahruddin Məhəmmədəliyev 196 xalla 2-ci pilləni tutub.
"Neftçi”nin əsas heyət üzvlərindən və həlledici qolların müəllifi olan Namiq Ələsgərov 3-cü pilləni 155 xalla qazanıb.
Biz də öz növbəmizdə qalibləri təbrik edirik, yeni ildə onlara uğurlar və böyük qələbələr arzulayırıq!