"Keşlə"də bayramdır.
Sevinc sevincə qarışıb, ağız deyəni qulaq eşitmir.
Offsideplus.az xəbər verir ki, rəhbərlik bir neçə gün öncə klubda çalışanları, eləcə də məşqçi və futbolçu heyətini sevindirib. İş burasındadır ki, dekabr olmasına baxmayaraq, "Keşlə"də sentyabr, oktyabr və noyabrın maaşından səs-soraq yox idi. Ötən həftə sentyabrla oktyabrın əmək haqqları verilib. qalıb noyabr. Onu da ayın sonuna qədər verəcəklər.
Qeyd edək ki, məvaciblərin gecikməsi futbolçularda, xüsusən də əcnəbilərdə müəyyən narazılıq yaratmışdı. Bu isə baş məşqçi Yunis Hüseynovun işini çətinləşdirirdi.