“Qəbələ” Azərbaycan Premyer Liqasının növbəti turu ərəfəsində heyətini yeni futbolçu ilə gücləndirib.

Offsideplus.az xəbər verir ki, “qırmızı-qaralar” braziliyalı Rafael Utziqi heyətinə qatıb. 24 yaşlı hücumçu ilə 1+1 illik müqavilə imzalanıb.

İndiyədək yalnız vətənində çıxış edən cənubi amerikalının son klubu “Parana” olub. Əsasən sağ cinahda oynayan Rafael 2018-20-ci illərdə fasilə ilə bu komandanın heyətində A və B seriyalarında çıxış edib.

Utziq karyerası ərzində “Foz de İquaçu” (2015, 2018), “Kaskavel” (2016), “Ypiranqa Ereçim” (2016-2018) və “Çianorte” (2019) klublarında oynayıb.