“Zirə” milli komandaların oyunlarına görə çempionatda yaranan fasilədən yararlanaraq yoxlama oyunu keçirəcək.

Offsideplus.az xəbər verir ki, Rəşad Sadıqovun komandası “Qəbələ” ilə qüvvəsini sınayacaq. Sentyabrın 5-də Zidə İdman Kompleksində keçiriləcək görüş saat 18:00-da başlayacaq.

Qeyd edək ki, Premyer Liqamızda yeni mövsümün ilk turunda üz-üzə gələn bu komandaların oyunu 1:1 hesablı heç-heçə ilə başa çatıb.