"Sumqayıt"la müqaviləsi başa çatan Amil Yunanov komandadan ayrılıb.
Offsideplus.az xəbər verir ki, "Gənclik şəhəri" təmsilçisi 27 yaşlı hücumçuya yeni sözləşmə təklif etməyib. 2011/2012 mövsümündən Premyer Liqada mübarizə aparan “Sumqayıt”ın ən sərrast futbolçusu Amil Yunanovdur.
Komandada ümumilikdə 91 oyuna çıxmış milli üzvü 28 qolla klub tarixinin ən çox qol vuran futbolçusudur.