Futbol üzrə Ekvador millisinin baş məşqçisi Yordi Kroyf istefaya göndərilib.
Offsideplus.az xəbər verir ki, Ekvador Futbol Federasiyası niderlandlı mütəxəssislə müqaviləyə birtərəfli qaydada xitam verildiyini açıqlayıb.
Qeyd edək ki, Yohan Kroyfun oğlu bu ilin yanvar ayında Ekvador millisinə 3 illik baş məşqçi təyin edilmişdi. Gənc mütəxəssis komandanı oyuna çıxarmadan istefaya göndərilib.