"Neftçi” klubu daha bir futbolçu ilə müqavilənin müddətini uzadıb.
Offsideplus.az xəbər verir ki, qapıçı Kamran İbrahimovla anlaşma daha 2 il müddətinə artırılıb. 20 yaşlı qolkiper 2022-ci il mayın sonunadək "ağ-qaralar”ın formasını geyinəcək.
Qeyd edək ki, bundan əvvəl Anton Krivotsyuk, Emin Mahmudov və Ömər Buludov da yeni anlaşmaya imza atmışdı.