Belçika Futbol Federasiyası yığma komandanın baş məşqçisi Roberto Martineslə yeni müqavilə imzalayıb.

Offsideplus.az xəbər verir ki, 46 yaşlı mütəxəssislə müqavilənin müddəti 2022-ci ilədək uzadılıb.

Qeyd edək ki, Roberto Martines 2016-cı ildən Belçika yığmasına rəhbərlik edir.