Daha bir azərbaycanlı futbolçu karyerasını Türkiyədə davam etdirə bilər.

Offsideplus.az-a daxil olan məlumata görə, hazırda aşağı liqada çıxış edən "Hatayspor" Elvin Camalovla yaxından maraqlanır.

Antakya təmsilçisi "Zirə"nin yarımmüdafiəçisi üçün ilkin danışıqlara başlayıb. "Hatayspor" Elvinin müqaviləsindəki sərbəstqalmaq dəyərini ödəməyi də qəbul edib.

Futbolçunun transferi koronavirus pandemiyası və liqaların təxirə salınması səbəbindən bir müddət gecikir.

Qeyd edək ki, "Hatayspor" hazırda Türkiyə I Liqasında ilk pillədə qərarlaşıb.

türki